​"Komo"nun baş məşqçisi Sesk Fabreqas son günlərdə adı ətrafında dolaşan şayiələrə son qoyub.

Offsideplus.az xəbər verir ki, ispaniyalı mütəxəssis keçmiş klubu "Çelsi"yə rəhbərlik edəcəyi ilə bağlı yayılan xəbərləri təkzib edib.

​Hazırda İtaliya təmsilçisi ilə uğurlu mövsüm keçirən Fabreqas mətbuata verdiyi açıqlamada tamamilə cari işinə kökləndiyini bildirib. O, London klubuna keçid ehtimalını müzakirə etməyin hələ çox tez olduğunu vurğulayıb:

"Bu barədə deyiləcək bir şey yoxdur. Hazırda bu haqda düşünmək axmaqlıq olardı — bütün diqqətim növbəti 'Cenoa' matçındadır. Hətta klub prezidentimizin bu mövzuda hər hansı sitatını belə görməmişəm."

​Gənc mütəxəssis karyerasını İtaliyada davam etdirməkdə qərarlı görunür. Fabreqas "Komo" layihəsinə sadiqliyini bu sözlərlə ifadə edib:

"İnanıram ki, karyeramın bu mərhələsinə 'Komo'nun baş məşqçisi kimi davam edəcəyəm. Bütün fokusumuz qarşıdakı oyunlardadır."

​Xatırladaq ki, "Çelsi"dəki uğursuz gedişatdan sonra İngiltərə mətbuatı Fabreqasın "Stemford Bric"ə qayıdışını əsas gündəm mövzusu halına gətirmişdi. Lakin görünən odur ki, Sesk üçün prioritet hazırda A Seriyasıdır.