Avropa futbolunda gərgin mübarizə davam edərkən, qitənin nüfuzlu turnirlərində yarımfinal mərhələsinə yüksələn və müxtəlif mərhələlərdə çıxış edən klubların əldə etdiyi ümumi UEFA gəlirləri bəlli olub.
Offsideplus.az xəbər verir ki, siyahıya Almaniya nəhəngi "Bayern Münhen" liderlik edir.
Klubların qazandıqları məbləğlər aşağıdakı kimidir:
- "Bayern Münhen": 127.3 milyon avro
- "Arsenal": 124.7 milyon avro
- "PSJ": 120.9 milyon avro
- "Atletiko Madrid": 104.2 milyon avro
- "Aston Villa": 28 milyon avro
- "Frayburq": 25.6 milyon avro
- "Braqa": 25.6 milyon avro
- "Nottinqem Forest": 24.1 milyon avro
- "Şaxtyor Donetsk": 14.1 milyon avro
- "Strasburq": 14 milyon avro
- "Rayo Valyekano": 13.8 milyon avro
- "Kristal Pelas": 13.4 milyon avro
Qeyd: Gəlirlər klubların turnirlərdəki çıxışı, yayım haqları və reytinq xalları əsasında hesablanıb.


