“Quba”nın baş məşqçisi Şəhriyar Əsgərov komandanın son oyunu ilə bağlı klubun mətbuat xidmətinə açıqlama verib.

Offsideplus.az xəbər verir ki, o, oyunlarının alınmadığını qeyd edib: “İlk qələbədən sonra bu gün də qalib gəlmək istəyirdik, amma təəssüf ki, uduzduq. Demək olar ki, oyunumuz alınmadı.
Məşqlərimizi tam şəkildə keçirə bilmədik, çünki bəzi oyunçularımız xəstə idi, Zaur Paşayev isə MDB oyunlarında idi. Buna görə də hazırlığımızda müəyyən axsama yarandı.

Eyni zamanda ‘Ordu’ komandasını təbrik edirəm. Çox möhtəşəm iş gördülər — həm atışlarda, həm də müdafiədə çox yaxşı oynadılar.
Təəssüf edirəm ki, oyunçularımızın oyunu heç bir aspektdə alınmadı. Amma inanıram ki, toparlanıb növbəti oyunda qələbə qazanmağa çalışacağıq.
Məşqlərdə səhvlərimizi analiz edib, onları aradan qaldırmaq üçün çalışacağıq.”