Əvəzedicilər Liqasında iki həftəlik fasilə yaranacaq.

Offsideplus.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) rəsmi məlumat yayıb.

Fasilənin yaranmasına səbəb 2027-ci ildə Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi FIFA U-20 Dünya Çempionatına hazırlıq məqsədilə 20 yaşadək futbolçulardan ibarət milli komandamızın təlim-məşq toplanışıdır.

Aprelin 13-dən 26-dək davam edəcək toplanış müddətində potensial oyunçuların hamısının sınaqdan keçirilməsi üçün AFFA və PFL-in məsləhətləşməsi əsasında Əvəzedicilər Liqasının təqvimində dəyişiklik edilməsi qərara alınıb. Beləliklə, aprelin 13-də baş tutacaq matçlardan sonra çempionatda iki həftəlik fasilə elan olunacaq. Yarışın təxirə salınmış oyunlarının yeni cədvəli barədə klublara və ictimaiyyətə əlavə məlumat veriləcək.