Ötən gün "A Spor"da qonaq olan "Qalatasaray"ın baş məşqçisi Okan Buruk "Fənərbağça"nın sensasiyalı transferi barədə açıqlama verib.
Offsideplus.az xəbər verir ki, efirdə olanlardan Ender Bilgin reklam fasiləsində O.Burukun Kerem Aktürkoğlu ilə bağlı danışdığını söyləyib.
"Fənərbağça"nın Kerem Aktürkoğluna olan marağı gündəmi zəbt etmişdi. Biz də Okan Buruk ilə proqramımızın reklam fasiləsində "Fənərbağça"nın bu məsələdə ciddi olduğunu ondan öyrəndik. Futbolçunun keçidi reallaşmaq üzrədir. Lakin "Fənərbağça"nın Çempionlar Liqasında "Benfika"ya potensial rəqib çıxma ehtimalı transfer müddətini yavaşladır. Kerem "Nitsa"ya qarşı matçda oynamayacaq. Eşitdiyimizə görə, özünü riskə atmaq istəmir", deyə Bilgin qeyd edib.



