UEFA Çempionlar Liqasında turnir cədvəlində hazırda 22-ci yerdə qərarlaşan "Qarabağ" turniri bu yerdə bitirsə, pley-off mərhələsindəki potensial rəqibi bəllidir.
Offsideplus.az xəbər verir ki, Qurban Qurbanovun komandası "Nyukasl" (12-ci yer) və ya "Tottenhem" (11-ci yer) ilə qarşılaşa bilər.
Ağdam təmsilçisi 1/8 finala çıxacağı halda "İnter" (4-cü yer) / "Atalanta" (5-ci yer) cütünün qalibi ilə üzləşəcək.
Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasında "Benfika" və "Kopenhagen"i məğlub edib, "Çelsi" ilə heç-heçəyə razılaşıb. Təmsilçimizin aktivində 7 xal var. "Qarabağ" yanvarda "Ayntraxt" və "Liverpul" ilə qarşılaşacaq.



