Bu gün Misli Premyer Liqasında I turdan təxirə salınmış “Sabah” – “Qarabağ” matçı baş tutacaq.
Offsideplus.az xəbər verir ki, görüş saat 19:30-da "Bank Respublika Arena"da keçiriləcək.
Qeyd edək ki, 14 turdan sonra Ağdam təmsilçisi 33 xalla turnir cədvəlində birinci, "Sabah" isə 31 xalla 2-ci yerdə qərarlaşıb.
18 dekabr (cümə axşamı)
19:30 “Sabah” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Bank Respublika Arena”



