"Red Bull" pilotu Maks Verstappenin yeni nömrəsi müəyyənləşib. 

Offsideplus.az xəbər verir ki, niderlandlı pilot 2026-cı ildə üzərində "3" nömrə olan "qırmızı buğa"nı sürəcək. Bu barədə "Formula 1"in rəsmi səhifəsi paylaşım edib. 

Maks daha öncə bu sözləri demişdi:

"Bolidim "33" nömrə olmayacaq. "1"dən savayı sevdiyim rəqəm həmişə "3" olub. F1-ə gələndə bu nömrəni Daniel Rikardo işlədirdi. İndi dəyişə bilərik. Nömrəm "3" olacaq". 

Qeyd edək ki, 2025-ci ilin çempion pilotu Lando Norris gələn il "1" nömrəli bolidi sürəcək.