Finalissima matçı “Santyaqo Bernabeu” stadionunda keçirilməyəcək. 

Offsideplus.az xarici mətbuata istinadən xəbər verir ki, Argentina Futbol Assosiasiyası bu təklifi rədd edib.

İmtinanın əsas səbəblərindən biri kimi oyunun Madriddə keçirilməsinin İspaniya millisinə aşkar üstünlük vermə ehtimalıdır. Həmçinin Lionel Messinin uzun illər rəqib olduğu “Real”ın stadionuna dönmək istəməməsidir.

Qeyd edək ki, qarşılaşmanın martın 27-də keçirilməsi planlaşdırır.