Meksika millisinin qapıçısı Luis Anxel Malaqon bu il keçiriləcək dünya çempionatında iştirak edə bilməyəcək.

Offsideplus.az ESPN-ə istinadən xəbər verir ki, qolkiper Çempionlar Kubokunda oyun zamanı zədələnib.

29 yaşlı futbolçu əməliyyat ediləcək və sağalma müddəti reabilitasiya prosesindən asılı olacaq.

Qeyd edək ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.