İsveç millisinin baş məşqçisi Qrem Potterin müqaviləsinin müddəti uzadılıb.
Offsideplus.az xəbər verir ki, İsveç Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 50 yaşlı ingiltərəli mütəxəssislə yeni sözləşmə 2030-cu il iyulun 31-dək nəzərdə tutulub.
O, yığmanı ötən ilin oktyabr ayından çalışdırır. Komanda Potterin rəhbərliyi altında keçirdiyi iki oyunda İsveçrəyə məğlub olub, Sloveniya ilə heç-heçə edib.
İsveç millisi martın 26-da dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin yarımfinalında Ukrayna seçməsi ilə qarşılaşacaq. Bu cütün qalibi finalda Polşa – Albaniya duelinin güclüsü ilə üz-üzə gələcək.


