Argentina Futbol Assosiasiyası “Finalissima” oyununun Madriddə keçirilməsi variantını rəsmi şəkildə rədd edib və qarşılaşmanın neytral meydanda keçirilməsi üçün bütün alternativlərin araşdırılmasını istəyib.
Offsideplus.az xəbər verir ki, UEFA və İspaniya Kral Futbol Federasiyası oyunun "Santiaqo Bernabeu" stadionunda keçirilməsini təklif edib. Bu halda təşkilatçılar Portuqaliya və ya İtaliya kimi digər variantlara müraciət etməli olmayacaqdı.
Logistika səbəblərinə görə yekun qərarın cümə axşamına qədər verilməsi tələb olunur. Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) isə bu məsələdə Argentina Futbol Assosiasiyasının mövqeyini dəstəkləyir.


