Qış transfer pəncərəsində fəaliyyətini sürətləndirən “Fənərbaxça”, "Atletiko Madrid”in futbolçusu Aleksandr Sörlotun transferi üçün rəsmi addımlar atmağa başlayıb.
Offsideplus.az “NTV Spor”a istinadən xəbər verir ki, Madrid təmsilçisi 30 yaşlı hücumçu üçün 35 milyon avro tələb edir.
“Fənərbaxça” bu transferi Yusif En-Nesirinin satışından əldə olunacaq gəlir hesabına maliyyələşdirməyi planlaşdırır.
Qeyd edək ki, Sörlot cari mövsümdə bütün turnirlərdə 24 oyuna çıxıb, 5 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.



