"Real Madrid" klubunda 1 il ərzində ən çox qol rekordu qırıla bilər. 

Offsideplus.az xəbər verir ki, hazırda "Kral klubu"nda bir il ərzində ən çox qol vuran futbolçulardan ibarət ilk "3-lük" aşağıdakı kimidir:

1. Kriştianu Ronaldu, 59 qol (2013)

2. Kriştianu Ronaldu, 58 qol (2012)

3. Kilian Mbappe, 58 qol (2025)

"Real"ın bu il sonra 1 oyunu qaldığından Mbappe portuqaliyalı ulduzun rekorduna çata və ya keçə bilər.

Qeyd edək ki, "Real" dekabrın 20-də "Sevilya" ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.