UEFA “Neqreyra işi” ilə bağlı araşdırma çərçivəsində “Barselona”nı Çempionlar Liqasından kənarlaşdıra bilərdi.
Offsideplus.az xəbər verir ki, katalon klubu Neqreyraya edilən ödənişlərə görə turnirdən uzaqlaşdırılmaq riski ilə üz-üzə qalıb.
Bundan əlavə, UEFA tərəfindən kluba 60 milyon avro cərimə tətbiq edilə bilərdi. Lakin sonda “Barselona” yalnız maliyyə təminatları ilə bağlı 15 milyon avro cərimə olundu. Həmin təminatların klubun "Kamp Nou"ya qayıdış prosesini də çətinləşdirdiyi bildirilir.
Qeyd olunur ki, klub prezidenti Xoan Laportanın Super Liqa layihəsindən imtina edərək yenidən UEFA ilə əməkdaşlığa qayıtması “Barselona”nın işinin yüngülləşməsində və mümkün ağır sanksiyalardan yayınmasında həlledici rol oynayıb.



