AFFA klubların lisenziyalaşdırması ilə bağlı hesabat açıqlayıb.

Offsideplus.az xəbər verir ki, qurumun prezidenti Rövşən Nəcəf bu prosesin futbolun və klubların inkişafında müsbət rol oynayacağını bildirib:

"2004-2005-ci il mövsümündən etibarən UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziyalaşdırma sisteminin tətbiq olunmasına başlayıb və bu proses klubların fəaliyyətində mühüm rol oynayır. Lisenziyalaşdırma sistemi UEFA yarışlarında iştirak edən klublar qarşısında eyni tələbləri qoyur, tətbiqdə bərabərlik və bitərəfliyi təmin edir".

O, lisenziyalaşdırmanın prosesinin klublar üçün çox vacib olduğunu da bildirib:

"Lisenziyalaşdırma sisteminin düzgün tətbiq olunması futbolumuzun inkişafına müsbət təsir göstərəcək".