Basketbol üzrə Avroliqada 16-cı turun görüşləri keçirilir.
Offsideplus.az xəbər verir ki, "Fənərbağça" bu turda "Panatinakos"u qəbul edib.
Görüş Yunanıstan klubunun 81:77 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmadan sonra Ergin Ataman "Fənərbağça"lı azarkeşlərin oyun boyunca onu və yaxınlarını təhqir etdiklərini bildirib:
"Xoşbəxt deyiləm. 10 min "Fənərbağça" azarkeşi görüş boyunca anamı söydü. Bu təhsilsiz insanlar 87 yaşlı qadına ağıza alınmayacaq sözlər dedilər. Biz basketbol oynayırıq, bu, ədalətli deyil".



