"Çelsi" klubu itki ilə üzləşib.
Offsideplus.az xəbər verir ki, futbolçu Estevao yüngül əzələ problemi yaşayır. Braziliyalı oyunçu "Nyukasl"a qarşı "Çelsi"nin növbəti oyununu buraxacaq. Bu barədə klubun saytı məlumat yayıb.
Qeyd edək ki, "Nyukasl" - "Çelsi" oyunu 20 dekabr saat 16:30-da baş tutacaq.



