“Mançester Yunayted”in sabiq baş məşqçisi Ole Qunnar Sulşerin transfer planları ilə klubun reallaşdırdığı transferlər arasında ciddi fərqlər olduğu üzə çıxıb.
Offsideplus.az xəbər verir ki, məlumata görə, norveçli mütəxəssis komandada Erlinq Haaland, Deklan Rays və Cud Bellinqhemi görmək istəyirdi.
Lakin klub rəhbərliyi həmin dövrdə fərqli seçimlər edərək Ceydon Sanço, Donni van de Beki heyətə qatdı və 36 yaşında olan Kriştianu Ronaldunu geri qaytardı.
Bu transfer siyasətinin komandanın uzunmüddətli planları ilə uyğun gəlmədiyi və Sulşerin qurmaq istədiyi layihəyə zidd olduğu vurğulanır.



