2030-cu il Dünya Kubokunun final oyunu böyük ehtimalla Madriddə yerləşən “Santiaqo Bernabeu” stadionunda baş tutacaq.
Offsideplus.az xəbər verir ki, FİFA rəhbərliyi buna qərar vermək üzrədir. Dünya futbolunun ən simvolik arenalarından biri hesab olunan və "Real Madrid"in sahiblik etdiyi bu stadion tarixi Dünya Kubokunun həlledici qarşılaşmasına ev sahibliyi etməyə yaxındır.
Bu qərarla FIFA futbol tarixində xüsusi yeri olan stadionlardan birində mundialın zirvə nöqtəsini keçirməyi planlaşdırır.



