FİFA bu il keçiriləcək Dünya Çempionatı üçün vaxtın uzadılmasının qarşısını almaq və hakim qərarlarını daha dəqiq etmək məqsədilə bir sıra yeni qaydaları təsdiqləyib.

Offsideplus.az xəbər verir ki, yeni qaydalara əsasən:

— Dəyişdirilən futbolçu meydanı 10 saniyə ərzində tərk etməlidir. Əks halda onu əvəz edən oyunçu 1 dəqiqə gözlədikdən sonra meydana daxil ola biləcək.

Aut atışı maksimum 5 saniyə ərzində yerinə yetirilməlidir. Bu müddət keçərsə, top rəqib komandaya veriləcək.

Tibbi yardım alan futbolçular meydanı tərk etdikdən sonra geri qayıtmaq üçün ən azı 1 dəqiqə gözləməli olacaqlar.

VAR sistemi açıq və aşkar səhv olduqda ikinci sarı vərəqələrkünc zərbəsi qərarlarını da yenidən yoxlaya biləcək.