ABŞ Prezidenti Donald Tramp bu gün start götürən Dünya Çempionatının FİFA tarixinin ən uğurlu turniri olacağını bəyan edib.

Offsideplus.az xəbər verir ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi mundial barədə danışan "Ağ Ev" rəhbəri bilet satışındakı rekordlara diqqət çəkib:

"Bu, onların keçirdiyi ən uğurlu dünya çempionatıdır. Heç vaxt biletlər bu səviyyədə və bu qədər sürətlə satılmamışdı. Bu, inanılmaz bir göstəricidir. Çünki biz bu ölkədə "futbol" yox, "sokker" sözünü işlədirik, elə deyilmi? Bu ölkədə insanlar adətən sokker barədə düşünmürlər. Amma buna baxmayaraq, qarşıdakı turnir tarixin ən uğurlu dünya çempionatıdır.

Mən FİFA prezidenti Canni Infantino ilə danışdım. O, möhtəşəm bir rəhbərdir. Canni mənə bildirdi ki, indiyə qədər futbol tarixində belə bir şey yaşanmayıb".