2026/27 mövsümünə ciddi şəkildə hazırlıqlarını davam etdirən “Qarabağ” Zakaria Savodan sonra növbəti mərkəz hücumçusunu heyətinə qata bilər.

Offsideplus.az xəbər verir ki, bu barədə transfermarkt iddia yayıb. 

Söhbət Danilo Troyanodan gedir. 21 yaşlı forvard “Floresta”nın şərəfini qoruyur. “Köhlən Atlar” bu transferi reallaşdırsa, aşağı liqa təmsilçisinə müəyyən vəsait də ödəməli olacaq. 

Qeyd edək ki, Troyano ötən mövsüm “Floresta”nın heyətində 9 mümkün oyunun hamısında meydanda olub, 3 qol vurub.