"Sabah"ın gənc futbolçusu Xəyal Əliyev əməliyyat olunub.
Offsideplus.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Arxa bud əzələlərinin ümumi vətərinin tam qopması diaqnozu qoyulan futbolçu İspaniyanın Madrid şəhərindəki klinikalardan birində əməliyyat edilib.
Klubdan verilən məlumata görə, cərrahi müdaxilə uğurla yekunlaşıb.


