"Barselona" "Əl-Əhli"dən icarəyə götürdüyü Hamza Abdelkarimin transfer hüquqlarına yiyələnib.
Offsideplus.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Kataloniya klubu 18 yaşlı hücumçu üçün Misir təmsilçisinə 1,5 milyon avro təzminat ödəyib.
Qeyd edək ki, "Barselona" Hamza Abdelkarimi bu ilin fevralında icarəyə götürmüşdü. Gənc futbolçu klubun U-19 komandasında çıxış edirdi.


