Markus Reşfordun “Barselona”dakı taleyinə aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, Kataloniya klubu ingiltərəli hücumçu üçün 5 gün ərzində müddəti başa çatacaq 30 milyon avroluq satınalma opsiyasından istifadə etməyəcək.
Reşford rəsmi olaraq “Mançester Yunayted”ə qayıtmağa hazırlaşsa da, “Barselona”nın futbolçu ilə bağlı yeni variantlara açıq olduğu bildirilir.
Qeyd edək ki, Reşfordun İngiltərə klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.


