"Mançester Siti"dən ayrılan Bernardo Silva karyerasını İspaniyada davam etdirməyə çox yaxındır.
Offsideplus.az xəbər verir ki, təcrübəli futbolçu "Real Madrid"lə müqavilə imzalamaq üzrədir. Bu transfer prosesində həmyerlisi Joze Mourinyonun da mühüm rol oynadığı bildirilir.
Mourinyonun ulduz futbolçu ilə şəxsən danışaraq onu Madrid klubuna keçməyə və karyerasında yeni bir səhifə açmağa razı saldığı iddia olunur.
Tərəflər arasında danışıqların müsbət istiqamətdə irəlilədiyi və transferin yaxın günlərdə rəsmiləşə biləcəyi gözlənilir.


