Şotlandiyanın “Seltik” klubu baş məşqçi Martin Onillin müqaviləsini uzadıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 74 yaşlı mütəxəssislə 1+1 illik yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, “Seltik” Onillin rəhbərliyi dövründə çempionluğa və Şotlandiya kubokunun qalibi adına sahib çıxaraq “qızıl dubl” edib.