"Qarabağ" braziliyalı futbolçusu Pedro Bikalyo ilə müqavilənin müddətini uzadıb.

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi 24 yaşlı yarımmüdafiəçi ilə 3 illik yeni sözləşmə imzalayıb. Yeni razılaşmaya əsasən, braziliyalı oyunçu 2029-cu ilin yayına qədər Ağdam klubunun uğurları üçün meydanda tərləyəcək.

Qeyd edək ki, ötən ilin yayından "Qarabağ"da çıxış edən yarımmüdafiəçi bu müddət ərzində meydana çıxdığı 51 rəsmi matçda 1 qolla yadda qalıb.