Almaniya millisinin idman direktoru Rudi Föller ABŞ-da keçirilən DÇ-2026-nı boykot etmək çağırışları və ölkədəki siyasi vəziyyət barədə danışıb.

Offsideplus.az xəbər verir ki, mütəxəssis boykot qərarlarının heç bir xeyri olmadığını vurğulayıb:

"Almaniya Futbol Federasiyası daxilində boykot məsələsini müzakirə edib-etməməyimizlə bağlı bir neçə ay əvvəl aparılan müzakirələri mən hər zaman yanlış hesab etmişəm.

Şəxsən mən hələ 1980-ci illərin əvvəllərində gənc bir oyunçu olarkən belə, Olimpiya Oyunlarının boykot edilməsinin əleyhinə idim. Çünki bu, nə 1980-ci ildə, nə də 1984-cü ildə heç bir nəticə vermədi. O vaxt da bunu səhv hesab edirdim, indi də səhv hesab edirəm. Belə addımlar ancaq idmançılara və azarkeşlərə zərər vurur, başqa heç nəyə yaramır. Amma razıyam ki, oxuduğumuz bəzi xəbərlər xoşagəlməzdir.

Buna baxmayaraq, mən nikbinəm və ümid edirəm ki, hər şey sakit keçəcək və bu, möhtəşəm bir dünya çempionatı olacaq".