Kriştianu Ronaldunun “Mançester Yunayted”ə qayıdışı barədə maraqlı fakt ortaya çıxıb.

Offsideplus.az xəbər verir ki, bu transfer, əslində superagent Jorje Mendeşin ustalıqla qurduğu plan olub.

Məlumata görə, agenti Ronaldunun “Mançester Siti” ilə müqavilə imzalamağa çox yaxın olduğu görüntüsünü yaradaraq “Yunayted” rəhbərliyini ciddi panikaya salıb.

Bildirilir ki, Ronaldunun “Siti” forması ilə “Yunayted”ə qarşı qol vurması ehtimalı klub üçün qəbuledilməz idi:

“Bu, panika yaratdı. Azarkeşlərin reaksiyasından ölümcül dərəcədə qorxurdular. Reallıqda isə Ronaldonu transfer etmək Ole Qunnar Sulşerin qurmaq istədiyi futbol fəlsəfəsinə zidd idi.”

Nəticədə “Yunayted” təzyiq altında qərar verərək Ronaldunu yenidən heyətinə qatdı.