ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı Seneqal və Fil Dişi Sahilindən olan şəxslərin ABŞ ərazisinə girişini qadağan edən sərəncam imzalayıb.

Offsideplus.az xəbər verir ki, qərara əsasən, bu ölkələrin vətəndaşları 2026-cı ildə keçiriləcək FIFA Dünya Kubokunu izləmək üçün ABŞ-yə səfər edə bilməmək riski ilə üzləşiblər.

Məlumata görə, istisnalar yalnız futbolçulara, məşqçi heyətinə və onların ailə üzvlərinə şamil olunacaq. Azarkeşlər üçün isə hər hansı güzəşt nəzərdə tutulmayıb.