"Qarabağ"ın qapıçısı Mateuş Koxalskinin qurtarışı UEFA Çempionlar Liqasında günün ən yaxşı qurtarışları sırasında yer alıb.

Offsideplus.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Qolkiperin Bakıda Niderlandın "Ayaks" komandasına qarşı oyundakı seyvi "7-liy"ə düşüb.

"kəhər atlar"ın 2:4 hesablı məğlubiyyəti ilə yekunlaşan matçda Koxalski 4 kritik qurtarış edib.

Polşalı 25 yaşlı qapıçının qurtarışlarını təqdim edirik: