UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi Çempionlar Liqasında "Qarabağ"ın rəqibi olan "Ayntraxt" klubunun azarkeşlərinə qadağa tətbiq edib.

Offsideplus.az xəbər verir ki, almaniyalı fanatlara Çempionlar Liqasının Liqa mərhələnin VII turunda Bakıda "Qarabağ"a qarşı keçiriləcək oyununa bilet satılmayacaq. 

Buna səbəb isə onların ötən tur "Barselona" ilə keçirilən səfər matçında priotexniki vasitələrdən istifadə etməsidir. 

Qeyd edək ki, "Qarabağ" – "Ayntraxt" matçı yanvarın 21-i saat 21:45-də start götürəcək.

Xatırladaq ki, Bakıda keçirilən "Qarabağ" - "Ayaks" matçında 1400 "Ayaks" azarkeşi iştirak etmişdi.