"Mançester Yunayted"in hücumçusu Bruno Fernandeş qış transfer pəncərəsi dövründə Səudiyyə Ərəbistanının heç bir klubuna keçməyəcək.
Offsideplus.az xəbər verir ki, bu barədə insayder Fabritso Romano məlumat yayıb.
“Əl-Nəsr", "Əl-İttihad" və "Əl-Hilal" kimi komandalar 31 yaşlı futbolçu ilə maraqlansa da, hər hansı ciddi təklifin yalnız gələn yay olacağı gözlənilir.
Qeyd edək ki, Fernandeş bu mövsüm 17 oyunda iştirak edib, 5 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.



