AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının XV turunun oyunlarında qeydə alınan mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.

Offsideplus.az xəbər verir ki, mütəxəssis bu barədə qurumun mətbuat xidmətinə açıqlama verib.

O, "Şamaxı" - "Zirə" (2:1), "Kəpəz" - "Qəbələ" (1:0) və "Qarabağ" - "Araz-Naxçıvan" (5:1) matçlarındakı ümumilikdə 6 mübahisəli epizodu dəyərləndirib.

Mütəxəssis hakimlərin sözügedən vəziyyətlər zamanı düzgün qərarlar verdiyini qeyd edib.