"Fənərbağça" rəhbərliyi Kerem Aktürkoğlu transferi üçün səylərini davam etdirir. 

Offsideplus.az xəbər verir ki, futbolçu ilə şəxsi razılıq əldə edilsə belə, "Benfika" rəhbərliyini transfer üçün razı salmaq çox çətinləşib. 

Belə ki, portuqaliyalılar əvvəlcə 25 milyon avro tələb edirdi, lakin artıq oyunçu üçün sərbəstqalma dəyərinin ödənilməsini tələb edirlər. Bu məbləğ 60 milyon avrodur. 

Türkiyə mediasında yer alan bəzi xəbərlərə görə isə, artıq "Benfika" rəhbərliyi danışıqları dayandırmaq barədə düşünür.