UEFA "Fənərbağça" klubuna cəza kəsib.
Offsideplus.az xəbər verir ki, Avropa futbol qurumu "sarı-lacivərtlər"in Joze Mourinyo, Kerem Aktürkoğlu və Dieqo Karlos transferlərində xərc limitlərinin pozulduğunu müəyyən edib.
Bu səbəbdən klub 7.5 (2+5.5) milyon avro məbləğində cərimələnib. Bundan əlavə, İstanbul təmsilçisinə maliyyə intizamı ilə bağlı xəbərdarlıq göndərilib.
Cəzanın 2 milyon avroluq hissəsinin qüvvədə qalacağı, qalan 5,5 milyon avroluq hissəsinin isə şərti cəza kimi müəyyən ediləcəyi gözlənilir.


