Son klubu "Zirə" olan Rövlan Muradov "Araz-Naxçıvan"a transfer olunub.
Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçi ilə klub arasında 1 illik müqavilə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Qəbələ” klubunun yetirməsi olan futbolçu müxtəlif illərdə Çexiya “Slaviya”sının B, “Qarabağ”ın U-19, “Qəbələ”, “Sumqayıt” və “Zirə” komandalarının formasını geyinib. Futbolçu Azərbaycanın U-19 və U-21 millilərinin də heyətində çıxış edib.


