Mehdi Cənnətovun yeni klubu bəlli olub. 

Offsideplus.az xəbər verir ki, “Səbail” Azərbaycan milli komandasının da formasını geyinmiş qolkiper ilə anlaşıb. Futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Rusiyanın “Anji” klubunun yetirməsi olan 34 yaşlı qolkiper ölkəmizdə “Sumqayıt” və “Zirə”də çıxış edib. 

Cənnətov həmçinin Azərbaycan milli komandasının heyətində 5 oyun keçirib.