"Liverpul"un keçmiş müdafiəçisi Ceymi Karraqer "Mançester Siti"yə qarşı maliyyə qaydalarını pozma ittihamları fonunda klubun keçmiş və indiki futbolçularının düşdüyü vəziyyətə münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, müstəqil komissiyanın "şəhərlilər"i 115 ittihamdan 114-ü üzrə təqsirli bilməsindən sonra veteran futbolçu oyunçuların aldadıldığını vurğulayıb.

Karraqer xüsusilə komandanın ulduzu Kevin De Brüynenin karyerasına kölgə düşəcəyindən narahatlığını ifadə edib:

"Onların yerində olsaydım, qəzəbdən nə edəcəyimi bilməzdim. Məsələn, Kevin De Brüyne kimi dünyada istənilən klubda oynaya biləcək böyük bir futbolçu indi 10 illik əməyinin və titullarının şübhə altına düşdüyünü görür. Oyunçulara hər şeyin qaydasında olduğunu desələr də, rəhbərlik onları sadəcə aldadıb. "Mançester Siti" rəhbərliyinin son bəyanatları tam olaraq psixoloji manipulyasiyadır - onlar futbolçuların və azarkeşlərin kluba olan inamından istifadə edirlər".

O, həmçinin addım-addım digər klubların ("Liverpul" və "Mançester Yunayted") titullarının bərpa olunmasının ədalətli olduğunu, lakin bu prosesdə aldadılan "Mançester Siti" futbolçularının karyerasına böyük zərbə dəydiyini əlavə edib.