UFC-nin yüngül çəki dərəcəsində çıxış edən döyüşçüsü Peddi Pimblett növbəti qarşılaşmasında İliya Topuriya ilə üz-üzə gəlmək istədiyini bildirib.
Offsideplus.az xəbər verir ki, britaniyalı idmançı bu duelın həm şou, həm də idman baxımından böyük maraq kəsb edəcəyini vurğulayıb:
"Hazırda mənim üçün təyin olunmuş rəsmi döyüş yoxdur. Topuriya ilə oktaqona çıxmaqdan məmnun olaram. Onu məğlub edib yenidən yarımyüngül çəkiyə göndərəcəyəm. Fikrimcə, bizim "The Ultimate Fighter" layihəsində birgə mövsümümüz əla alınardı. Onu psixoloji olaraq tarazlıqdan çıxarar, sonra isə Makqreqorun Aldoya etdiyi kimi nokaut edərdim".
Qeyd edək ki, P. Pimblett sonuncu dəfə 2026-cı ilin iyulunda Benua Sen-Denini ilk raundda boğma fəndi ilə məğlub edib.


