Basketbol əfsanəsi Maykl Cordanın 1998-ci il NBA final seriyasının üçüncü oyununda geyindiyi forma hərracda rekord məbləğə satılıb.
Offsideplus.az xəbər verir ki, bu tarixi forma 12,26 milyon dollara alıcı tapıb. Qeyd edək ki, bundan əvvəl Cordanın həmin seriyanın ilk oyununda geyindiyi forma 10,1 milyon dollara satılmışdı. Bu, NBA tarixində forma üçün ödənilən ən yüksək məbləğ hesab olunur. Bütün idman növləri üzrə rekord isə beysbolçu Beyb Rutun 1932-ci il formasına məxsusdur – həmin forma 2024-cü ildə 24,12 milyon dollara satılıb.


