"Nyu-York Niks"in rəhbərliyi və oyunçuları ABŞ Prezidenti Donald Trampın dəvəti ilə bağlı yekun qərara gəlməyiblər. Klubun sahibi Ceyms Dolan Ağ Evə səfərə müsbət yanaşsa da, komanda daxilində bu məsələ müzakirə olunur.
Offsideplus.az xəbər verir ki, baş məşqçi Mayk Braun açıqlamasında yekun qərarın kollektiv şəkildə veriləcəyini bildirib: "Oyunçularımız və klub olaraq bu məsələni öz aramızda müzakirə edirik. Qərar birgə qəbul olunacaq". Xatırladaq ki, ötən mövsüm çempion olan "Oklahoma Siti Thunder" Ağ Evə səfər etməmişdi. "Nyu-York Niks" isə 18 dekabr və 16 mart tarixlərində Vaşinqtona səfər edəcək.


