İspaniya millisinin yarımmüdafiəçisi Niko Uilyams Lamine Yamalın oyununu yüksək qiymətləndirib.
Offsideplus.az xəbər verir ki, Millətlər Liqasının ikinci turunda ispanlar Xorvatiya yığmasını 4:1 hesabı ilə məğlub edib. "Barselona"nın vingeri Yamal bu qarşılaşmada dubl və bir məhsuldar ötürmə ilə yadda qalıb.
"Futbolu anlayan və sevən hər kəs üçün Lamine ən yaxşısıdır. Ümid edirəm, o, "Qızıl top"u qazanacaq", – deyə "Atletik"in futbolçusu bildirib.
Lamine Yamal isə öz növbəsində qeyd edib: "Mən artıq uzun müddətdir ki, "Qızıl top" səviyyəsində çıxış edirəm. Bunu hamı bilir".
O, əlavə edib: "Hazırda Avropada mənim kimi az oyunçu var ki, oyundan zövq almağa imkan versin. Mənim kumirim Neymar olub, Messinin oyununu isə həmişə xatırlayacaqlar".


