“Rəqib artistlik etdi”.
Bu sözləri Offsideplus.az saytına açıqlamasında Azərbaycanın MMA döyüşçüsü Məhəmmədəli Osmanlı deyib.
O, UFC TUF34 şousunda diskvalifikasiya olunmasından danışıb:
“Başqa çarəsi yox idi. Onun tək şansı bu idi və istifadə etdi. Özünü ölülüyə vurdu. Əslində, həmin epizodda ayağına girməyi fikirləşirdim, lakin diz vurdum. Sonra kameradan gördüm ki, diskvalifikasiya olunmuşam, çünki dizi yerdə imiş. Revanş istəmirəm, çünki o, mənə layiq döyüşçü deyil”.
Qeyd edək ki, TUF34 yarışının finalında Məhəmmədəli Osmanlı İlimbek Akılbek ilə üz-üzə gəlib. Döyüş Azərbaycan təmsilçisinin diskvalifikasiyası ilə erkən - I raundda bitib. Qırğız döyüşçü Məhəmmədəlinin qadağan olunmuş diz zərbəsini yerinə yetirməsi ilə qalib elan olunub.


