1-ci liqada mübarizə aparan “Xankəndi”də baş məşqçi dəyişikliyi baş verib. Zaur Hacıyevlə yollarını ayıran Qarabağ təmsilçisi ötən mövsüm “Baku Sportinq”də çalışan Röyal Nəcəfovla mövsümün sonunadək müqavilə imzalanıb.
Gənc baş məşqçi yeni komandası haqda təəssüratlarını Offsideplus.az-la bölüşüb:
“3 oyuna bir xal toplayan yeni komandadır. Əsas işimiz komandanı liqaya uyğunlaşdırmaq, düşdüyü vəziyyətdən çıxarmaqdır. Hədəfimizə gəldikdə liqada qalmaq və mümkün qədər yuxarı pillələrdir. Gələcəkdə də Premyer Liqa uğrunda mübarizə aparılacaq”.
Qeyd edək ki, “Baku Sportinq” Röyal Nəcəfovun başçılığı altında ötən mövsüm son turda pley-offu əldən vermişdi.


