​La Liqanın tarixi klublarından olan "Valensiya"da baş məşqçi postuna gətirilən Xavyer Agirre ilk açıqlamalarını verib.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis yeni klubuna olan bağlılığını və qarşıya qoyulan hədəfləri açıq şəkildə ifadə edib:

​"Mən heç vaxt "Valensiya"ya "yox" deyə bilmərəm. Bu, La Liqada möhtəşəm azarkeş kütləsinə malik tarixi komandadır. İstəyirəm ki, komanda layiq olduğu yerlərə qayıtsın."