İngiltərənin "Mançester Siti" klubunun baş icraçı direktoru Ferran Soriano klub əməkdaşlarına müraciətində maraqlı məqamla gündəmə gəlib.

Offsideplus.az xəbər verir ki, sosial şəbəkə istifadəçiləri Sorianonun çıxış etdiyi videoda üç dəqiqədən çox müddətdə bir dəfə də olsun gözünü qırpmadığını qeyd ediblər. İspan funksioner Premyer Liqanın maliyyə qaydalarının pozulması ilə bağlı iddialara cavab verərək bildirib ki, "bütün iş bir yalan ittihama əsaslanır". Jurnalist Corc Simms isə qeyd edib: "Əgər heç nəyi gözdən qaçırmamışamsa, ya bu video süni intellektlə redaktə olunub, ya da Ferran Soriano üç dəqiqə ərzində bir dəfə də gözünü qırpmayıb".