Zion Uilyamson, "Nyu Orlean Pelikans"ın forvardı, karyerasının hazırkı mərhələsi ilə bağlı fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, Uilyamson öz çıxışından razı olmadığını bildirib: "Mən istədiyim yerdə deyiləm... Sadəcə, olmalı olduğum yerdə deyiləm. Nə olmalı olduğum, nə də istədiyim yerdəyəm". 2019-cu il NBA dreftinin birinci seçimi olan Uilyamson altı mövsümdə cəmi 276 oyunda meydana çıxıb və hələ də pley-off oyununda iştirak etməyib.